Gəncədə bıçaqlanma hadisəsi olub.

Hadisə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Yunis Quliyev

İstinadlar Qafqazinfo