Biləsuvarda dalaşan iki qohum pəncərədən yıxılaraq xəsarət alıblar.

Hadisə “Biləsuvar” şadlıq sarayında toy zamanı baş verib. Belə ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri, Əli Əliyev və Anar Məmmədov mübahisə ediblər. Şadlıq sarayının ikinci mərtəbəsində tutaqlaşan iki şəxs pəncərəyə çırpılıb. Pəncərənin qırılması nəticəsində onlar ikinci mərtəbədən aşağı düşüblər. Hər iki şəxs xəsarət müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yararılar həkimlər tərəfindən müayinə olunub. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

İlkin məlumata görə, artıq onlardan biri evə buraxılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev “Qafqazinfo”ya bildirib ki, faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

İstinadlar Qafqazinfo