
Qazax sakini Ağstafa Su anbarında batıb.
Rayonun Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğlu anbarda çimən zaman boğulub.
Onun həmin kəndə toy üçün getdiyi bildirilir.
H. Mədətin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.
Aidiyyəti üzrə təhvil verilib.
Yunis Quliyev