Samuxda  toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Alıncalı, Sərkar kəndlərində və Qara-Arx qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Samux RPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

İştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və  mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

İstinadlar Qafqazinfo