Tovuzdakı elektrik yarımstansiyasında yanğına səbəb 6 kv-luq xəttə izolyasiyalı xəttə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev məlumat verib.

“Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib”, – o bildirib.

İstinadlar Report