Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artileriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.