Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində saxlanılan Elyar Əliyevdən 1 ədəd ov tüfəngi, qanunsuz olaraq ovladığı çöl quşları və digər maddi sübutlar aşkar edilib.