Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” nun verdiyi məlumata görə, rayonun Bayramlı kəndinə gedən yolda kənd sakini 1976-cı il təvəllüdlü Məqsəd İskəndərovun meyiti aşkarlanıb. Müayinə zamanı onun avtomobillə vurularaq öldüyü məlum olub. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 


İstinadlar Qafqazinfo