
Tovuzda bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.
“BMW” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdən biri yol kənarında dayanan yaşlı kişini vururaq öldürüb.
Bundan əlavə avtomobildə olan daha bir nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev