Tovuzda güllələnmə hadisəsi baş verib.

Rayonda vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərliyə odlu silahdan atəş açılıb.

***

Tovuz rayonunda güllələnən Firudin Ələkbərli vəkil deyil. Bu barədə “Azərbaycan Vəkillər Kollegiyasından bildirilib.

Güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

***

Məlumata görə, hadisə təxminən 1 saat əvvəl, səhər saat 09 radələrində qeydə alınıb.

Tovuz rayonu Yanıqlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu şəxsi münasibətlər zəminində Qədirli kənd sakini, 1963-cü il təvəllüdlü Ələkbərli Firudin Muxtar oğlunu Makarov tipli tapança ilə güllələyib. F. Ələkbərli xəstəxanaya yerləşdirilsə də, bir neçə dəqiqə əvvəl vəfat edib.

Foto: Unikal-org-a məxsusdur

İstinadlar Report