Tovuzda vətəndaşa məxsus ev yanıb.

Hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakini, Paşa Muradova məxsus evin 240 kv ərazisində güclü alov başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğına müdaxilə edilib, alov ram edilib. Nəticədə yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Bundan əlavə tikilinin içərisində olan idman qurğuları və müxtəlif təyinatlı əşyalar tamamilə yanaraq kül olub.

Ev sahibinə məxsus “Range Rover” markalı maşın da tiklidən çıxarılaraq təhlükəsiz əraziyə aparılıb. Alovun söndürülməsi zamanı FHN əməkdaşlarından bir nəfəri tüstüdən yüngül zəhərlənib.Ona tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Hadisənin tiklidə olan elektrik paylayıcısından baş verdiyi ehtimal edilir.

Qeyd edək ki 1 gün əvvəl yanğın olan ünvanda kiçik toy məclisi təşkil olunub.

Paşa Muradov Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimidir. 

Elmar Əli



İstinadlar Qafqazinfo