Tovuzda ağır yol qəzası baş verib.

Hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində baş verib. “VAZ 2106” markalı 2 avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Həzirətəabbas Hümbətov və 2005-ci il təvəllüdlü Aykut Atayev hadisə yerində ölüb. Qəza zamanı daha 3 nəfər xəsaərt alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.