Tovuzda piyadanı avtomobil vurub

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. “Opel” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1975-ci il təvəllüdlü Mustafayeva Svetlana Tofiq qızını vurub. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.