Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Şəmkir rayon Zəyəm-Cırdaxan kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən piyada – Tovuz rayon sakini,1984-cü il təvəllüdlü R.Məhərrəmovu “VAZ-2107” markalı avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya aparılıb.

Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İstinadlar Report