
Fransanın “TotalEnergies” şirkətinin Rusiyaya qayıtması Rusiya ilə Ukrayna arasında sülh sazişinin şərtlərindən asılı olacaq.
Bu barədə şirkətin rəhbəri Patrik Puyanne telekörpüdə müvafiq sualı cavablandırarkən bildirib.
Eyni zamanda o qeyd edib ki, hazırda geosiyasi baxımdan hər hansı proqnoz vermək tezdir.
Puyanne vurğulayıb ki, şirkətin Rusiyada hələ də “lövbər” uzunmüddətli layihəsi – “Yamal LNG” var, burada şirkət təbii qazın mayeləşdirilməsi zavodunun 20 %-nə sahibdir.
O, həmçinin Rusiya boru kəməri qazının Avropaya qaytarılmasının mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.