“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib.

Təsisçi Ələsgər Məmmədli də daxil olmaqla təqsirləndirilən şəxslərin hamısına altı maddə ilə yekun ittiham elan edilib.

Onlara Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1 (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələridir.

İstinadlar Report