Tonqa Krallığının sahilində 6 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri ölkənin paytaxtı Nukualofadan 155 km şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.