Tonqa Krallığında vulkan püskürməsi və onun yaratdığı sunami nəticəsində 6 nəfər həlak olub.

Bu barədə Çinin Qlobal Televiziya Şəbəkəsi (CGTN) məlumat yayıb.

Sakit okeanda Tonqanın paytaxtı Nukualofadan 65 km şimalda yerləşən Hunqa-Tonqa-Hunqa-Haapai sualtı vulkanı yanvarın 15-də kül, buxar və qaz püskürməyə başlayıb.

Püskürmə başlayandan sonra Tonqa, Yeni Zelandiya, ABŞ, Kanada, Çili və Yaponiyada sunami xəbərdarlığı edilib.

İstinadlar Report