Tonqa Krallığının sahillərində baş vermiş vulkan püskürməsi nəticəsində onun paytaxtı Nukualofanın küçələri kül və palçıqla örtülüb.

Krallığın iki ada ilə – Mango və Fonoi adaları ilə əlaqəsi kəsilib.

Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Son məlumatlara görə, Tonqada baş verən təbii fəlakət 3 nəfərin həyatına son qoyub.

Regionun məşhur kurortlarının yerləşdiyi Tonqatapu adasının qərb sahilində infrastruktura ciddi ziyan dəydiyi bildirilir.

İstinadlar Report