Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın vəkilləri belə bir ismarıc verirlər ki, o, azadlığa buraxılmasa, əlində olan konkret məlumatları açıqlayacaq.

Bu barədə məlumatı jurnalistlərə “Ermənistan” fraksiyasının millət vəkili, hüquqşünas Aram Vardevanyan açıqlayıb.  

Millət vəkilinin fikrincə, müdafiə tərəfi işin Apellyasiya Məhkəməsinin hakimi Armen Danielyana verilməsini istəmir. Çünki belə olduqda Tonoyan azadlığa çıxmaq üçün bütün imkanlarından istifadə edə bilər.

“Sadə dillə desək, vəkillər hələ ki, buna eyham vururlar. İstənilən halda biz yalnızca keyfiyyətsiz silahların alınması ilə deyil, həm də ölkə tarixinin ən biabırçı səhifələrindən biri ilə əlaqəli keçmiş müdafiə nazirindən bəhs edirik”, – deyə Aram Vardevanyan bildirib.

İstinadlar Qafqazinfo