Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsxanada qalacaq.

Bu barədə News-am-a onun vəkili Avetik Karapetyan danışıb.

O bildirib ki, buna səbəb Ermənistan Apellyasiya Məhkəməsinin keçmiş müdafiə nazirinə qarşı həbs-qətimkan tədbirinin dəyişdirilməsi iddiasını rədd etməsidir.

Vəkil qeyd edib ki, o və Tonoyanın digər vəkilləri məhkəmə qərarı ilə tanış olmayıblar:

“Çox güman ki, qərardan şikayət verəcəyik”.

Tonoyan yenidən saxlanıldı

Tonoyan 5 milyonluq yararsız raketlərin alışına görə saxlanılıb – Yenilənib

İstinadlar Qafqazinfo