
Yaponiya Müdafiə Nazirliyi hipersəsli raketlərin buraxılışını qeydə almaq üçün avadanlığın sınağında Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük çatdırmaq üçün hazırlanmış yeni pilotsuz HTV-X nəqliyyat gəmilərindən istifadə etməyi planlaşdırır.
Onların həmçinin Ay orbitində daimi baza yaradılması proqramında istifadə edilməsi nəzərdə tutulur.
Məlumata görə, ilk pilotsuz HTV-X yük gəmisinin 2026-cı ilin martınadək BKS-ə göndərilməsi planlaşdırılır. BKS-ə yükləri çatdırdıqdan sonra o, təxminən bir il ərzində hipersəsli döyüş bloklarının buraxılışını və uçuşunu qeydə almaq üçün quraşdırılmış infraqırmızı avadanlığı sınaqdan keçirərək Yer ətrafında fırlanacaq.