Yaxınlaşan fırtına səbəbindən Tokiodakı Yay Olimpiya Oyunlarının təqviminə müəyyən düzəlişlər edilir, artıq 26 iyul tarixinə planlaşdırılan yarışlar digər tarixlərə keçirilib.

“Report” xəbətr verir ki, bu barədə jurnalistlərə mətbuat konfransında Oyunların təşkilat komitəsinin rəsmi nümayəndəsi Takaya Masa məlumat verib.

Onun sözlərinə görə, avarçəkmə yarışları təxirə salınıb: “26 iyul təqviminə gəlincə, artıq yarışın cədvəli hazırlanıb, bu günə və ya sabaha təyin edilib. Ətraflı məlumat daha sonra açıqlanacaq”.

Avarçəkmə yarışları Tokio körfəzində yerləşən avarçəkmə kanalında baş tutur. İdmançılar 14 dəst mükafat uğrunda mübarizə aparacaqlar.

İstinadlar Report