Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asan Jusupovu ölkənin quru qoşunlarının yeni baş komandanı təyin edib.

Bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Asan Kuanış oğlu Jusupov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin quru qoşunlarının baş komandanı təyin edilib”, – məlumatda deyilir.

2020-ci ilin noyabr ayından bu vəzifədə çalışan Talqat Koybakov Tokayevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.