Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) layihəsi Türk dünyasının inkişafına və iqtisadi rifahına töhfə verməyə davam edəcək.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Orta Dəhliz bu gün həm də TDT çərçivəsində fəal şəkildə inkişaf edir. Bu, türk ölkələrinin rifahının yüksəlməsinə müsbət təsir göstərir.

K.J.Tokayev vurğulayıb ki, TDT sammitləri ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə də töhfə verir və bugünkü görüş də dostluq və mehriban qonşuluq şəraitində keçir.

“Əminəm ki, sammitin yekunları üzrə əldə edəcəyimiz razılaşmalar da əməkdaşlığın genişlənməsinə töhfə verəcək”, – o bildirib.

İstinadlar Report