MDB Dövlət Başçıları Şurasının iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birlik ölkələrində dövlətlərarası “Birlik yarmarkası” proqramının işə salınmasını və hər il ticarət tədbirlərinin keçirilməsini təklif edib.

Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidmətinin bəyanatında deyilir.

“Bu gün yarmarka ticarətinə tələbat getdikcə artır. Təklif edirəm ki, “Birlik yarmarkası” dövlətlərarası proqramı işə salınsın. Proqram çərçivəsində hər il MDB ölkələrinin müxtəlif şəhərlərində bütün Avrasiya regionundan sənətkarların və fermerlərin dəvət olunması ilə ticarət tədbirləri keçirilsin”, – Tokayev bildirib.

O qeyd edib ki, Qazaxıstan ilk belə yarmarkanı ölkənin ən qədim şəhərlərindən birində – vaxtilə Böyük İpək Yolunun mühüm qovşağı olan və qədim zamanlardan “tacirlər şəhəri” adlandırılan Tarazda keçirməyə hazırdır.

İstinadlar Report