
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib.
Klaar səfəri çərçivəsində ölkənin müdafiə naziri Suren Papikyanla görüşüb.
Məlumata görə, tərəflər görüş zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Görüşdə, həmçinin Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos iştirak edib.