Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlir.

Bu barədə məlumatı Klaar öz tviter hesabında paylaşıb.

T.Klaar bildirib ki, o, Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistana da səfər edəcək.

Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi sonuncu dəfə sentyabr ayının ortalarında regiona səfər etmişdi.

İstinadlar Qafqazinfo