Türkiyənin ilk yerli avtomobili “Togg” İstanbul Hava Limanında nümayiş etdirilir.

Avtomobil bir ay İstanbul aeroportunda nümayiş etdiriləcək.

“Togg” yerli və əcnəbi turistlərin böyük marağına səbəb olub. 

Qeyd edək ki, bu il oktyabrın 29-da Türkiyədə “Togg” avtomobillərinin istehsal ediləcəyi zavodun açılışı olub, ilk avtomobillər təqdim edilib. Bursa şəhərində yerləşən zavodun açılışında Türkiyə Pprezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Avtomobilin 2023-cü ilin əvvəlindən satışa çıxarılacağı gözlənilir.




İstinadlar Qafqazinfo