“Almaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləməyə marağı artır”.

Bunu “Report”a açıqlamasında Alman-Azərbaycan Ticarət Palatasının (“AHK Azərbaycan”) icraçı direktoru Tobias Bauman deyib.

“Şəhərlərin, kəndlərin yenidən qurulmasına marağın artdığını şahidiyik. Üstəlik, Almaniya şirkətləri tərəfindən də memarlıq və tikinti sahəsində işlərə marağı görürük”, – o bildirib.

Onun sözlərinə görə, məktəblərin, evlərin və digər binaların tikintisi “ağıllı həllər” tələb edir və Almaniyada bu prosesə töhfə verə biləcək şirkətlər var.

T.Bauman məlumat verib ki, Qarabağda o qədər də çox Almaniya şirkəti təmsil olunmur, çünki orada bir çox layihələr dövlətə məxsusdur.

İstinadlar Report