“Tinder” tanışlıq xidmətində videozəng funksiyası əlçatan olub. Bu haqda şirkətin saytında məlumat verilib. İndi ABŞ, Avstraliya, Fransa daxil olmaqla 13 ölkənin istifadəçiləri bir-biriləri ilə zəngləşə bilərlər.

Videozəng üçün hər iki tərəfin razılığı lazımdır. İstifadəçilər öncədən platformanın şərtləri ilə razılaşmalıdırlar. Ünsiyyət zamanı nifrətin oyadılması və qeyri-qanuni hərəkətlərin müzakirəsi qadağandır. Proqramçılar rahatlıq üçün ekran görüntüsünü iki hissəyə bölüblər: birində qurğu sahibi, digərində isə həmsöhbət görsənəcək.

Şirkət artıq 5 min amerikalı istifadəçisi arasında yeni funksiyanı sınaqdan keçirib. Nəticələrə əsasən, yeni nəsil istifadəçilərin təxminən 40%-i xidmətdə videozəngdən istifadəni təqdir ediblər.

Emil Hüseynov

İstinadlar ict news