
Böyük Britaniya Kralı III Çarlzın kiçik oğlu Şahzadə Harri atasının xərçəng xəstəliyindən müalicə alması səbəbindən müvəqqəti olaraq kral ailəsi üzvünün vəzifələrini yerinə yetirməyə hazırdır.
Fevralın 5-də Kralın xəstəliyi elan edildikdən sonra Şahzadə Harri onunla bir neçə dəfə dostluq söhbətləri edib. Onlardan biri Londonda 75 yaşlı monarxın diaqnozu ilə bağlı bəyanatın dərcindən iki gün sonra baş verib.
Həmin görüş 30 dəqiqə davam edib, bundan sonra Şahzadə Harri həyat yoldaşı amerikalı Meqan Markl ilə birlikdə ABŞ-a qayıdıb.
Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral vəzifələrinə qayıtmazdan əvvəl yazılı plan hazırlanmalı, kral və onun ən yaxın köməkçiləri tərəfindən təsdiqlənməlidir. Nə şahzadə Harri və onun həyat yoldaşı, nə də Bukinqem sarayının nümayəndələri nəşrə münasibət bildirməyiblər.
Kralın hansı növ xərçəngə tutulduğu barədə məlumat verilmir, lakin Britaniya mediasına görə, söhbət prostat xərçəngindən getmir, onun böyüməsi səbəbindən kral yanvar ayında xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Bildirilib ki, prosedur zamanı narahatlığa daha bir səbəb müəyyən edilib və testlər monarxın xərçəng xəstəliyindən əziyyət çəkdiyini təsdiqləyib.