Avropa Komissiyası Böyük Britaniyanın “Brexit” şərtlərinə dair razılaşma olmadan Avropa İttifaqından (Aİ) çıxması halında vurulacaq iqtisadi zərərin kompensasiyası üçün İrlandiyaya bir neçə milyard funt sterlinq həcmində yardım paketi hazırlayır.

Bu barədə “The Times” qəzeti məlumat yayıb.

Aİ Birləşmiş Krallığın Brüssellə razılaşma əldə olunmadan ittifaqdan çıxacağı halda İrlandiya hökumətinin ticarət sahəsində üzləşə biləcəyi problemlərin öhdəsindən gəlməsi üçün lazım olan qədər sərf etməyə hazırdır. Amma dəqiq məbləğ göstərilmir.

İyulun 9-da İrlandiya hökuməti müxtəlif ssenarilərdə “Brexit”in mənfi təsirini minimuma endirmək üzrə fəaliyyət planının yenilənmiş versiyasını təqdim edib. Qeyd olunub ki, sazişsiz “Brexit” birinci ildə ölkə büdcəsinə 6,5 milyard avroya başa gələcək.

Britaniyanın Aİ-dən çıxışı oktyabrın 31-nə planlaşdırılır.

İstinadlar Report