ABŞ-da həftəlik nəşr olunan “Time” jurnalı 22 yaşlı Məhsa Əminin ölümü ilə başlayan etirazlara rəhbərlik edən iranlı qadınları “İlin qəhrəmanları” seçib.

“Time” təxminən 3 aya yaxın davam edən etirazların bu günə qədər ölkə hakimiyyətinə qarşı ən uzun sürən nümayişlər olduğuna diqqət çəkib.

Nümayişlərə qatılan iranlı qadınları “savadlı, dünyəvi, liberal” kimi xarakterizə edən  jurnalı “Qadınlar son iki-üç ildə öz müqavimətləri ilə ölkədə məcburi hicab tətbiqinə təsirli bir şəkildə son qoydular” kimi qiymətləndirməyə yer verib.

İstinadlar Qafqazinfo