“Time” jurnalı İsveçdən olan ekoaktivist Qreta Tunberqi ilin adamı seçib.

Nəşr qeyd edir ki, Q.Tunberq məktəbə getməyərək iqlim dəyişikliyinə qarşı qlobal hərəkata başlayıb.

“2018-ci ilin avqustundan başlayaraq o, günlərini əlində qara fonda “İqlim üçün məktəb tətili” yazısı olan plakatla İsveç parlamentinin qarşısındakı çadır düşərgəsində keçirib. Geridə qalan 16 ay ərzində o, BMT-də dövlət başçıları qarşısında çıxış edib, Roma Papası, ABŞ prezidenti ilə görüşüb və 4 milyon insanı qlobal iqlim dəyişikliyinə qarşı tətilə qoşulmağa ilhamlandırıb”, – nəşr yazıb.

Qeyd olunur ki, onun xarici görünüşü Hellouen bayramındakı geyimlərdə kopyalanıb, kanadalı yazıçı Marqaret Etvud isə onu Janna d’Ark ilə müqayisə edib.

İstinadlar Report