“Time” jurnalı 2022-ci ilin ən nüfuzlu şəxsiyyətlərin siyahısını dərc edib.

Siyahıya Ukrayna Prezidenti Volodimir Zelenski və onun rusiyalı həmkarı Vladimir Putin də daxil edilib.

Məlumata görə, siyahıda V.Zelenski haqqındakı mətni ABŞ Prezidenti Cozef Bayden, V.Putin barədə yazını isə Rusiya müxalifətinin lideri, hazırda həbsdə olan Aleksey Navalnı yazıb.

“Azad dünya ölkələri Prezident Zelenski nümunəsindən ilhamlanaraq son dövrlərdə həmişəkindən daha birləşib, daha qətiyyətli və məqsədyönlü olublar. ABŞ-ın, həmçinin müttəfiqlərimiz və tərəfdaşlarımızın dəstəyi ilə o (Volodimir Zelenski – red.), tarixdə iz buraxıb və dünyaya sübut edib ki, Ukrayna dözəcək və onun xalqı nəticədə çoxdan dilədiyi demokratik gələcəyə nail olacaq”, – ABŞ-ın dövlət başçısı ukraynalı həmkarı barədə yazıb.

Aleksey Navalnının isə öz mətnində irəli sürdüyü fikrə görə, Vladimir Putinin əsl missiyası hamıya dərs verməkdir – dünya liderlərindən və ekspertlərindən tutmuş adi insanlaradək:

İstinadlar Report