ABŞ dövlət katibi Reks Tillersonla Rusiya XİN rəhbəri Sergey Lavrov Suriyanın şimalında sabitliyin təmin edilməsi və böhranın dinc yolla nizamlanmasına dair məsələləri müzakirə ediblər

RİA Novosti bildirir ki, müzakirə yanvarın 20-də telefon vasitəsi ilə aparılıb və danışıq ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər həmçinin yanvarın 30-da Soçidə keçiriləcək Suriya milli dialoq Konqresinə dair fikir mübadiləsi aparıblar.
Lavrov və Tillerson digər aktual məsələləri də müzakirə ediblər.