
“TikTok” hökumət nəşrlərinin, telekanalların və digər KİV-lərin hesablarını istifadəçilərə tövsiyə etməyi dayandıracaq.
Bu barədə şirkətin sosial şəbəkələrdə dərc olunmuş press-relizində deyilir.
Şirkət bildirib ki, tədbir bu tip hesabların konkret mövzularda daha geniş əhali kütləsinə çatmağa çalışmasının qarşısını almaq məqsədi daşıyır.