İyulun 21-də saat 23 radələrində 2 nəfər Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşüb.

Bu barədə Xocalı rayon prokurorluğu məlumat yayıb.

Bildirilir ki, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.