
Tikinti obyektlərinin əlavə qaz həcmi almasına dair layihə I oxunuşda qəbul edilib.
Bununla bağlı “Qaz təchizatı haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən,tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müəyyənləşir. Belə ki, bu, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.