Azərbaycanda tibb mütəxəssisləri sertifikat şəhadətnəməsini 5 il ərzində 250 kredit balı yığmaqla da əldə edə biləcəklər.

Bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək Məcəlləsinə təklif edilən dəyişiklik barədə danışarkən deyib.

Şöbə müdiri xatırladıb ki, ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onların imtahana cəlb olunması ilə sertifikasiyası həyata keçirilir:

“Təklif olunan yeni dəyişikliklərə əsasən tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunacaqlar.
Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ dayanıqlı inkişaf proqramı mexanizmi tətbiq olunacaq”.

A.Vəliyev əlavə edib ki, kreditləri toplayan şəxslər qüvvəsi 5 il olan sertifikasiya şəhadətnaməsi əldə edəcəklər:

İstinadlar Report