İyunun 17-də Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə bayramı Gününə həsr edilmiş tədbir keçirilib.

verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına ünvanladığı video-müraciət dinlənilib. Video-müraciətdə Komitə sədri Mərkəzi Gömrük Hospitalının fəaliyyətini yüksək qiymətləndirərək bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin, müqəddəs və şərəfli işlərində uğurlar arzulayıb.

Səfər Mehdiyev xüsusilə, COVİD-19 pandemiyası dövründə Tibb Xidməti İdarəsi və Mərkəzi Gömrük Hospitalının səmərəli fəaliyyətinin ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Tədbirin sonunda xidmətdə fərqlənən əməkdaşlar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və Komitənin Tibbi Xidmət İdarəsi tərəfindən xüsusi rütbələr, fəxri fərmanlar və döş nişanları ilə təltif olunublar.

ZOOM platforması üzərindən bütün personalın onlayn şəkildə iştirak etdiyi tədbir sonda Mərkəzi Gömrük Hospitalının tibb işçilərinin fəaliyyətini əks etdirən fotokollajın nümayişi ilə yekunlaşıb.

 





İstinadlar Qafqazinfo