Tibb elmində ilk dəfə olaraq 5,7 sm quyruğu olan uşaq dünyaya gəlib.

Qeyri-adi hadisə Meksikada baş verib.

Tibb dünyasını təəccübləndirən hadisə görənləri heyrətə salıb. Müayinələrdən sonra körpənin səhhətinin yaxşı olduğu bildirilərkən, quyruğu araşdıran qrup onun yumşaq toxuma quruluşunda arteriya və damarlar olduğunu müəyyən edib.

Həmçinin, həkimlər doğuş zamanı heç bir problem olmadığını bildirsələr də, doğuşdan iki ay sonra quyruq lokal anesteziya yolu ilə çıxarılıb.

Körpədə başqa heç bir narahatlıq aşkar edilməyib.

İstinadlar Qafqazinfo