“Təyyarələrdən sonra biz də tezliklə “Texnofest Azərbaycan”a gələcəyik”.

Bunu tviter hesabında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar yazıb. 

“Birinci təyyarə səhər getdi, ikinci yoldadır. Tezliklə biz də “Texnofest Azərbaycan”a gələcəyik”, – deyə o qeyd edib. 

Qeyd edək ki, “Texnofest Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək.