
Rusiyada keçirilən şahmat üzrə Dünya kubokunun qalibi Teymur Rəcəbov sosial şəbəkədə maraqlı paylaşım edib.
Çinli Dinq Larenlə oyun zamanı sosial şəbəkə izləyicilərindən biri Rəcəbova “Fili tərpətmə, Teymur” şərhini yazmışdı. Həmin şərh Teymurun qələbəsi qədər paylaşımlara səbəb olmuşdu.
Qrossmeyster bu gün İnstaqram səhifəsində gündəm olan olan həmin postu paylaşaraq təşəkkür “emoji”si qoyub.