Texasın El Paso dairəsində dünən axşam saatlarında torpaq yolunda keçirilən avtomobil yarışları zamanı maşınlardan birinin tamaşaçılar arasına girməsi nəticəsində 29 nəfər xəsarət alıb.

Bu barədə dairə hakimi Rikardo Samanieqo brifinq zamanı bildirib.

Meksika sərhədi yaxınlığında keçirilən yarış zamanı baş verən hadisədə xəsarət alanların 8 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan azı üç nəfərinin vəziyyəti ciddidir.

İstinadlar Report