
ABŞ-nin Texas ştatının ən böyük şəhəri Hyustonda kilsədə atəş açılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Olay ibadət zamanı baş verib.
Təqribən 30 yaşlı qadın kilsəyə daxil olan kimi atəş açmağa başlayıb. Şübhəli şəxs plaşda, bel çantası ilə olub, eyni zamanda qadın binaya yaşı təxminən dörd-beş olan uşaqla birgə girib. Növbədə olmayan iki polis zabiti qadını zərərsizləşdirib. İnsident sonucunda qadının yanındakı uşaq da yaralanıb. Habelə insidentlə əlaqəsi olmayan 57 yaşlı kişi xəsarət alıb.