Amerikanın Texas ştatına üz verən və yağış və daşqınlara səbəb olan “İmelda” qasırğası qurbanlarının sayı dörd nəfərə çatıb.

Bu barədə cümə günü Amerikanın CBS televiziyası məlumat yayıb.

Bundan əvvəl “Associated Press” iki nəfərin zərər çəkdiyini yazmışdı.

Ölənlərdən ikisinin öz maşınlarında olduğu qeyd edilir. Bölgədən ən az 1,7 min insan təxliyə edilib.

İstinadlar Report