ABŞ-ın Texas ştatının Hyuston şəhərində atışma nəticəsində 2 yeniyetmə ölüb, 2 güllə yarası alan 1 nəfər isə yaralanıb.

Bu barədə dairənin şerifi Harris Ed Qonsales tviterdə yazıb.

Məlumata görə, münaqişə əyləncə gecəsində baş verib. Öldürülən yeniyetmələrin hər birinin 17 yaşı olub.

Bildirilib ki, hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.

İstinadlar Report