ABŞ-ın Texas ştatında şaxtalı hava şəraiti səbəbindən 1 200-dən artıq su sistemi yarasız hala düşüb.

Bunu ştatın valisi Qreq Ebbott bildirib.

Onun sözlərinə görə, Texas Milli Mühafizəçiləri ötən həftənin sonunda 3,5 miyon şüşə su paylayıb. Milyonlarla sakinin yaşayışına təsir göstərən elektrik enerjisində yaranan fasilələr bu günlərdə böyük miqyasda bərpa olunub. Hazırda ştatda 9 milyon sakin su qıtlığından əziyyət çəkir.

Qeyd edək ki, fervalın 11-dən Texas başda olmaqla ABŞ-ın bir sıra ştatlarında havanın soyuq və şaxtalı keçməsi nəticəsində 60 nəfər ölüb. Ölüm hadisələrinin 30-ı Texasda qeydə alınıb.

İstinadlar Report